Əhaliyə maskalar pulsuz paylanıla bilər

 Əhaliyə maskalar pulsuz paylanıla bilər
  15 May 2020    Oxunub:3899
Azərbaycanda koronavirusa yoluxmanın vəziyyətindən asılı olaraq tibbi maskalar pulsuz paylanıla bilər.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda iki müəssisədə maksimum maska istehsalı 500 mindir.

"Gələcəkdə maskaların qiymətinin aşağı olmasına baxıla bilər. Bu, istehsalın gücündən, vəziyyətdən, nisbətdən asılıdır".

İ.Məmmədov bildirib ki, Azərbaycana idxal olunan maskaların qiyməti apteklərdə satılan qiymətdən daha bahadır: "Fərqi Azərbaycan dövləti ödəyir ki, qiymət 30 qəpikdən baha olmasın".

Aytən Zəhra
Azvision.az


Teqlər: Maska   Qərargah  





Xəbər lenti