Bir sıra tibb müəssisələrinin rəhbərləri dəyişdirilib

   Bir sıra tibb müəssisələrinin rəhbərləri dəyişdirilib
  15 May 2020    Oxunub:3575
Pandemiya üçün ayrılmış xüsusi rejimli xəstəxanalarda tibb işçilərinin koronavirusa yoluxması halları olmayıb, digər müəssisələrdə yoluxma aşkar edilib.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir sıra tibb müəssisələrinin rəhbərləri dəyişdirilib, işində nöqsanlara yol verən şəxslər töhmət alıb.

"Virus əsas ağciyərləri zədələyir. Lakin gələcək həyat üçün hansı fəsadların olması gələcək tədqiqatların nəticəsində bəlli olacaq. Əlillik kimi ağır nəticələr ola bilər. Yoluxanların yaş həddi cavan olduğundan onların toxumaları özünü bərpa edə bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti