Azərbaycanda aparılan testlərin sayı 220 mini keçdi

  Azərbaycanda aparılan testlərin sayı 220 mini keçdi
  16 May 2020    Oxunub:4665
Azərbaycanda koronavirusla bağlı 15 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 6072 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 220 min 363-ə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 35, süni tənəffüs cihazında olan xəstə sayı 12-dir.

Qeyd edək ki, Azərbaycanda indiyədək 2980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1886 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 37 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Test  





Xəbər lenti