Vətəndaşların ədliyyə xidmətlərinə əlçatanlığı təmin edilir
Ədliyyə Nazirliyi tərəfindən aparılan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi ailə institutunun möhkəmləndirilməsində, demoqrafik inkişafın təmin olunmasında və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır.
Ölkəmizdə koronavirus infeksiyası ilə əlaqədar nazirliyin qeydiyyat şöbələri xüsusi karantin rejiminə uyğun fəaliyyətini davam etdirib. Əhalinin bəzi vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına olan ehtiyacını nəzərə alaraq onlara yalnız təxirəsalınmaz hallarda qeydiyyat şöbələrinə müraciət etmək, digər hallarda isə müvafiq xidmətlərdən elektron qaydada yararlanmaq tövsiyə olunub.
Qeyd olunmalıdır ki, pandemiya dövründə nazirliyin qeydiyyat orqanları tərəfindən bu günədək 23400-dən çox vətəndaş vəziyyəti aktları rəsmiləşdirilib ki, onların da 2478-i nikah, 12566-sı isə doğumun qeydiyyatı ilə bağlıdır. Uşaqların 6793-ü oğlan, 5773-ü qız, 140-ı əkiz, 6-sı üçəm olub.
Azvision.az
Teqlər: Ədliyyə-Nazirliyi