İlham Əliyev Trampın təbrik məktubundan danışdı

  İlham Əliyev Trampın təbrik məktubundan danışdı
  16 May 2020    Oxunub:4540
Dünən mən Prezident Trampdan məktub almışam. O, məni və Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə təbrik edib.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.
Dövlət başçısı bildirib: "Öz məktubunda Prezident Tramp yazır ki, təxminən 30 ildir Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsini, siyasi islahatlar məsələlərini təmin etmək üçün birgə işləyirlər. Həmin məktubda, o, xüsusi olaraq qeyd edir ki, iki böyük dövlətimiz gələcəkdə daha çox işlər görəcək. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Məktub  





Xəbər lenti