Bakının 300-ə yaxın əsas küçələri dezinfeksiya olunur

 Bakının 300-ə yaxın əsas küçələri dezinfeksiya olunur
  16 May 2020    Oxunub:4493
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə tədbirlər davam edir.
Azvision.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrdəki 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq dəstək verir, nazirliyin xüsusi təyinatlı avtonəqliyyat vasitələri dezinfeksiya tədbirlərində fəal iştirak edirlər.

Paytaxtın kommunal xidmətlərinin 2 min nəfərdən çox əməkdaşı dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yolkənarı məhəccərlərində də tibbi-profilaktiki işlər görürlər.

Azvision.az



Teqlər: Dezinfeksiya  





Xəbər lenti