Toylara sentyabradək qadağa qoyulması xəbəri yalan çıxdı

 Toylara sentyabradək qadağa qoyulması xəbəri yalan çıxdı
  16 May 2020    Oxunub:20167
Azərbaycanda toyların keçirilməsinə sentyabra kimi qadağa qoyulması barədə Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının adından yayılan məlumatlar yalandır.

Bunu Azvision.az -a açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəti Rəvanə Əliyeva bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün keçirilən iclasında belə fikir səsləndirilməyib.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Toy  





Xəbər lenti