Təhsil Nazirliyindən xeyriyyə aksiyası

  16 May 2020    Oxunub : 3105
Təhsil Nazirliyindən xeyriyyə aksiyası
Mayın 16-da Təhsil Nazirliyinin əməkdaşları Bakı şəhəri Nəsimi rayonunda yerləşən 156 və 146 nömrəli uşaq bağçalarında məskunlaşmış 32 məcburi köçkün ailəsinə ərzaq yardımı edib. Əlavə olaraq isə daha 8 aztəminatlı ailəyə də yardım paylanılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir. Yardım aksiyası davam etdirilir.



Azvision.az

Teqlər: təhsil