“Qələbəyə gedən yollar” - VİDEO

  16 May 2020    Oxunub : 3562
“Qələbəyə gedən yollar” - VİDEO
Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində ədəbiyyat və incəsənətin də mühüm rolu var.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, İkinci Dünya müharibəsi illərində Səməd Vurğunun, Rəsul Rzanın, Bülbülün, Şövkət Ələkbərovanın, Xan Şuşinskinin səsi-sorağı ön cəbhələrdən gəlir, Üzeyir Hacıbəyli, Səid Rüstəmov kimi böyük bəstəkarlarımızın əsərləri döyüşən ordunun qələbə əzmini daha da artırırdı. Bu gün də yaradıcı insanlarımız ata-babalarımızın qəhrəmanlıq ənənələrini ləyaqətlə davam etdirən Azərbaycan əsgərini işğal altında olan tarixi və əzəli torpaqlarımızın tezliklə azad edilməsinə, respublikamızın ərazi bütövlüyünün bərpasına ruhlandırır.

Ordumuzun genişmiqyaslı əməliyyat-taktiki təlimləri ərəfəsində Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi bəstəkar Azad Zahidin Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin sözlərinə yazdığı vətənpərvərlik mahnısı əsasında “Qələbəyə gedən yollar” adlı videoçarx hazırlayıb.

Mahnını bir neçə gün öncə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüş, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi rəisinin müavini, Əməkdar artist, mayor Cahangir Qurbanov ifa edir.



Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi