“Azərbaycan dataizm dövrünə tam hazırdır” - Ülvi Mehdiyev

   “Azərbaycan dataizm dövrünə tam hazırdır” -    Ülvi Mehdiyev
  16 May 2020    Oxunub:4989
"Pandemiya bütün sahələrə çox ciddi ziyan vurub. Amma bunu demək nə qədər qəribə səslənsə də, pandemiya həm də müəyyən sahələrdə imkanlar və fürsətlər yaratdı. Məhz innovasiyalar və smartellerin tətbiqi rəqəmsallaşdırma üçün yeni bir imkanlar gətirdi".
Azvision.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev AzTV-yə müsahibəsində deyib.

Ü.Mehdiyev Azərbaycanda bu imkanların fürsətə çevrilə bildiyini vurğulayıb: "Biz qısa müddətdə cənab Prezidentin tapşırıqları əsasında xidmətlərin sürətli elektronlaşdırılması və vətəndaşlarımızın rəqəmsallaşmaya öyrəşdirilməsi, yəni vətəndaşların rəqəmsal imkanlardan istifadə bacarıqlarının artırılmasını həyata keçirdik. Bu, həm də gələcəyin vərdişləridir. İnnovasiya sahəsi artıq aparıcı bir sahə olacaq. Beynəlxalq aləmdə belə bir müzakirələr var ki, dünyada yeni bir dövr - Dataizm dövrü başlayır. Necə ki, sosializm və kapitalizm kimi dövrlər olub. Artıq bütün problem və məsələlər datanın təhlilinə əsaslanacaq. Biz fəxr edə bilərik ki, Azərbaycan dövləti cənab Prezidentin rəhbərliyi ilə yeni dövrə tam hazırdır".

Azvision.az


Teqlər: ASAN-Xidmət   Ülvi-Mehdiyev  





Xəbər lenti