400-dən çox küçə və prospekt dezinfeksiya edilib

400-dən çox küçə və prospekt dezinfeksiya edilib
  16 May 2020    Oxunub:3870
Mayın 16-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən şəhərin mərkəzi küçə və prospektlərində, o cümlədən kənd, qəsəbə və yaşayış massivlərinin küçələrində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş genişmiqyaslı dezinfeksiya işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu işlərə icra hakimiyyətinin strukturuna daxil olan xidmətlərin 40, Daxili İşlər Nazirliyinin 20 xüsusi təyinatlı texnikası və kommunal xidmətlərin 2 mindən artıq işçisi cəlb olunub.

Saat 18:00-a kimi şəhər mərkəzi və qəsəbələr üzrə 400-dən artıq küçənin dezinfeksiyası təmin edilib.

Azvision.az


Teqlər:





Xəbər lenti