Energetika Nazirliyinə yeni səlahiyyət verilib

Energetika Nazirliyinə yeni səlahiyyət verilib
  16 May 2020    Oxunub:4448
Nazirlər Kabineti “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nda dəyişiklik edib.
Azvision.az xəbər verir ki, qüvvədə olan qaydalara əsasən, faydalı qazıntılar çıxaran müəssisənin (onun bir hissəsinin), dağ-mədən qazmalarının, buruq quyularının və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi xüsusi razılıq və ya icazə vermiş Dövlət Mineral Xammal Agentliyi, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən ləğv və ya konservasiya aktı imzalandıqdan sonra qüvvəyə minib.

Dəyişikliyə əsasən, bu sahədə Energetika Nazirliyinə yeni səlahiyyət verilib. Faydalı qazıntılar çıxaran müəssisənin (onun bir hissəsinin), dağ-mədən qazmalarının, buruq quyularının və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi fəaliyyət istiqamətlərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi tərəfindən ləğv və ya konservasiya aktı imzalandıqdan sonra qüvvəyə minəcək.

Eyni zamanda, konservasiyada olan müəssisələrin, dağ-mədən işlərinin və buruq quyularının bərpası qəbul olunmuş qaydada təsdiq olunmuş, fəaliyyət istiqamətlərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi razılaşdırılmış layihə üzrə aparılacaq. İndiyə qədər konservasiyada olan müəssisələrin, dağ-mədən işlərinin və buruq quyularının bərpası qəbul olunmuş qaydada təsdiq olunub, Fövqəladə Hallar Nazirliyi və xüsusi razılıq verən orqanla razılaşdırılmış layihə üzrə aparılıb.

Azvision.az


Teqlər: EnergetikaNazirliyi  





Xəbər lenti