Azərbaycanda koronavirusla bağlı bu günə olan statistika

 Azərbaycanda koronavirusla bağlı bu günə olan statistika
  17 May 2020    Oxunub:5172
Azərbaycanda koronavirusla bağlı 16 may 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 5642 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 226 min 5-ə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 38, süni tənəffüs cihazında olan xəstə sayı 13-dür.



Azərbaycanda indiyədək 3138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1944 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti