Puerto Riko ABŞ-ın tərkibinə daxil ola bilər - Referendum keçiriləcək

Puerto Riko ABŞ-ın tərkibinə daxil ola bilər -  Referendum keçiriləcək
  17 May 2020    Oxunub:4623
Puerto Rikonun qubernatoru Vanda Vaskes Qarsed noyabrın 3-də referendum keçirilməsi barədə qanun layihəsi imzalayıb.
Azvision.az "El Exelcior" agentliyinə istinadən xəbər verir ki, referendum ölkənin siyasi statusunu yekunlaşdırmaq və ABŞ-a qoşulmaq məqsədilə keçirilir.

Belə ki, referendumda yeganə sual belə olacaq: "Puerto Riko dərhal ABŞ-a qəbul olunmalıdır?"

Səsvermədə iştirak könüllüdür, çünki Puerto Rikonun statusunun dəyişdirilməsi ABŞ Konqresinin razılığı olmadan mümkün deyil.

Xatırladaq ki, Puerto Riko ABŞ-dan asılı vəziyyətdədir. Daxili məsələlərin həllində müstəqil, xarici siyasətdə isə ABŞ-a tabedir.

Son illər Ruben Berriosun rəhbərlik etdiyi Müstəqil Puerto Riko Partiyası adanın müstəqilliyi uğrunda mübarizəyə başlayıb. Ancaq ada əhalisinin böyük bir qismi müstəqillik fikrinə qarşıdır və ABŞ tabeliyində yaşamağın daha üstün olduğunu düşünürlər.

ABŞ hər il adaya maliyyə yardımı ayırır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti