Naxçıvanın qlobal internet sisteminə dördtərəfli çıxışı var

Naxçıvanın qlobal internet sisteminə dördtərəfli çıxışı var
  17 May 2020    Oxunub:3778
"Muxtar respublikada rabitə sektoruna investisiyaların cəlbi müasir infrastrukturun qurulmasına səbəb olub. Artıq muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur".
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimalıyev deyib.

Nazir bildirib ki, Naxçıvanın beynəlxalq Trans-Avrasiya fiber-optik magistrallarına ikitərəfli çıxışı təmin edilib:

"Fiber-optik kabel xətləri üzərində qurulan iritutumlu telekommunikasiya şəbəkələri elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin təşkilinə imkan verir. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı təmin edilib, bütün yaşayış məntəqələri genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətləri ilə təmin olunub".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Nazir   Rabitə   Texnologiya  





Xəbər lenti