Rusiya istehsalı “Pantsir”lər türk PUA-ları ilə vuruldu - VİDEO

Rusiya istehsalı “Pantsir”lər türk PUA-ları ilə vuruldu -  VİDEO
  17 May 2020    Oxunub:4710
Liviya ordusu Türkiyə istehsalı pilotsuz uçuş aparatları ilə Xəlifə Haftarın nəzarətində olan Vatiyyə hərbi bazasına hava zərbələrini davam etdirir.
Azvision.az xəbər verir ki, bu barədə ordunun sözçüsü polkovnik Məhəmməd Kununu bildirib.

Onun sözlərinə görə, hava hücumu zamanı Rusiya istehsalı olan və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Haftara verilən daha bir “Pantsir” hava hücumundan müdafiə sistemi məhv edilib.

Polkovinik bildirib ki, hava hücumu zamanı ölən və yaralananlar var.

Liviya ordusu ötən gün daha bir “Pantsir” hava hücumundan müdafiə sistemini məhv edib.

Qeyd edək ki, strateji əhəmiyyətli Vattiyə hərbi hava bazası paytaxt Tripolidən 140 kilometr uzaqlıqda yerləşir. Liviya ordusu bu hərbi hava bazasını Haftardan geri almaq üçün bir neçə gün öncə hərbi əməliyyata start verib.



Kənan Məmmədov
Azvision.az


Teqlər: Liviya   Ordu   Haftar  





Xəbər lenti