Ölkədə koronavirusdan sağalanların sayı 2015-ə çatdı

 Ölkədə koronavirusdan sağalanların sayı 2015-ə çatdı
  17 May 2020    Oxunub:2927
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 3274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 2015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir

Azvision.az


Teqlər: Qərargah   Koronavirus  





Xəbər lenti