“Yollar daha da sürüşkən olacaq” - Sürücülərə xəbərdarlıq

“Yollar daha da sürüşkən olacaq” -  Sürücülərə xəbərdarlıq
  17 May 2020    Oxunub:4823
"Proqnozlara və faktiki hava şəraitinə əsasən, Abşeron yarımadasında yağış yağması gözlənilir. Son iki gündə paytaxtın əsas küçə və prospektlərində dezinfeksiya işləri görülüb".
Azvision.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, istifadə olunan dezinfektantlar su ilə qarışanda sabun kimi köpüklənən sürüşkən maye kütləsi alınır.

"Yağış yağsa, gecədən əsən küləyin süpürüb gətirdiyi toz da ona qarışacaq və yollar daha da sürüşkən olacaq. Ona görə yağış yağsa, diqqətli olun, sərt manevrlər etməyin və sürəti ciddi şəkildə endirin. Yağış gur yağıb həmin dezinfektant - toz qarışığını yollardan yuyana qədər çox diqqətli olun. Məlumat üçün bildirim ki, təxminən 10-12 gün əvvəl dezinfeksiyadan sonra yağan yağışda eyni effektin yaranmasını nəzərə almayan xeyli sürücü qəzalara düşmüşdü. Ümumiyyətlə, hər zaman diqqətli olun", - deyə Ə.Hüseynov vurğulayıb.

Azvision.az






Teqlər: Ekspert   Ərşad-Hüseynov  





Xəbər lenti