Türkiyədə koronavirusdan daha 44 nəfər öldü

   Türkiyədə koronavirusdan daha 44 nəfər öldü
  18 May 2020    Oxunub:4488
Türkiyədə son sutka ərzində 44 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1368 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4140, yoluxanlar isə 149 min 435 nəfərə çatıb.

Türkiyədə indiyədək 109 min 962 xəstə sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti