Azərbaycanda koronavirusla bağlı son vəziyyət - STATİSTİKA

   Azərbaycanda koronavirusla bağlı son vəziyyət -    STATİSTİKA
  18 May 2020    Oxunub:4861
Azərbaycanda koronavirusla bağlı 17 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 6072 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 232 min 77-ə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 44, süni tənəffüs cihazında olan xəstə sayı 15-dir.



Azərbaycanda indiyədək 3274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti