Almaniyada koronavirusa yoluxanların sayı azalıb

Almaniyada koronavirusa yoluxanların sayı azalıb
  18 May 2020    Oxunub:2581
Almaniyada son sutkada koronavirusa 177 yeni yoluxma qeydə alınıb, 14 nəfər vəfat edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə gün ərzində virusa yoluxanların sayı əvvəlki günlə müqayisədə 3 dəfə azalıb. Belə ki, ötən gün Almaniyada 583 yoluxma, 33 ölüm qeydə alınmışdı.

Ümumilikdə isə Almaniyada bu günə qədər 174 min 697 nəfər koronavirusa yoluxub, 7935 xəstə dünyasını dəyişib.

Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti