Ağsuda əkin sahələrinin su təminatı yaxşılaşdırılır

 Ağsuda əkin sahələrinin su təminatı yaxşılaşdırılır
  18 May 2020    Oxunub:3273
Prezident İlham Əliyev mayın 18-də “Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon manatı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb..

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam   Ağsu  





Xəbər lenti