Baş infeksionist: “Maska taxmaq hamı üçün vacibdir”

  18 May 2020    Oxunub : 3089
 Baş infeksionist: “Maska taxmaq hamı üçün vacibdir”
Karantin rejiminin növbəti dəfə yumşaldılmasına baxmayaraq, insanlar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməlidir. Bu tövsiyələr hər dəfə deyilir və hər kəs bilir.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, vətəndaşlar, xüsusilə yaşı 65-dən yuxarı olan şəxslər küçəyə çıxarkən mütləq maska taxmalı, kütləvi toplaşma yerlərindən uzaq durmalı, ehtiyac olmadıqca evdən çıxmamalı, ara məsafəsi saxlamalıdır.

“Tövsiyələrə daha ciddi və dəqiq əməl edilməlidir, çünki xəstəliyin qarşısını almaqda böyük əhəmiyyət kəsb edir. Yoluxmanın sayında 3 rəqəmli nəticələrin olması infeksiyanın gedişində olan şeydir. Ola bilər ki, bunların bir qismi xaricdən gələn insanların payına düşsün, digər qismi isə ölkə daxili yoluxma olsun. Bu, mümkün olan variantdır. Əgər qaydalara əməl etməsək, yumşalma zamanı rəqəmlərdə artım ola bilər. Maska taxmaq hamı üçün vacibdir. Bunu hər kəs bilməlidir. Maska taxanlar təkcə özlərini deyil, ətrafdakı insanları da qoruyurlar".

Aytən Zəhra
Azvision.az

Teqlər: Cəlal-İsayev   Yoluxma   Karantin   Yumşalma