Küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkarlanıb

  18 May 2020    Oxunub : 2601
Küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkarlanıb
Keçən il uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deyib.

Onun sözlərinə görə, aparılmış yoxlamalar zamanı həmin uşaqlardan yalnız birinin məcburi əməyin qurbanı olması təsdiqlənib. Digər hallar üzrə cinayət tərkibi müəyyən olunmayıb.

"Həmin faktlar əsasında övladlarının təlim–tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bununla bərabər, müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğının və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara qəyyumluq və himayə orqanlarına 670 material göndərilib".

Azvision.az

Teqlər: Valideyn   Uşaq