İnsan alveri ilə bağlı 4 cinayətkar qrup zərərsizləşdirilib

İnsan alveri ilə bağlı 4 cinayətkar qrup zərərsizləşdirilib
  18 May 2020    Oxunub:3946
Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə işləri aparılıb. Belə ki, ötən dövr ərzində 57 polis seminarlara cəlb olunub. Bu məqsədlə sığınacaqların yaradılması məqsədilə dövlət tərəfindən böyük məbləğdə vəsait ayrılıb.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deyib.

Onun sözlərinə görə, ötən il 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Axtarışı elan olunmuş 35 təqsirləndirilən şəxsdən 54,3 faizi və ya 19-u tutulub.

Azvision.az


Teqlər: İnsan-Alveri  





Xəbər lenti