DYP sürücüləri 25,4 milyon manat cərimələdi

   DYP sürücüləri 25,4 milyon manat cərimələdi
  18 May 2020    Oxunub:3907
Bu ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 841,7 min olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, xətaların 39,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 11,0 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 25,4 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Azvision.az


Teqlər: DYP  





Xəbər lenti