Bərdədə 3 maşın toqquşdu: Ölən və yaralılar var

  18 May 2020    Oxunub : 2904
Bərdədə 3 maşın toqquşdu: Ölən və yaralılar var
Bərdə şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, şəhər sakinləri İ.Mustafayevin idarə etdiyi “Nissan”, F.Əliyevin idarə etdiyi “KİA” və Gəncə şəhər sakini T.Əliyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə T.Əliyev və sərnişini Elgün Məmmədov, habelə F.Əliyevin sərnişini A.Əliyev xəstəxanaya yerləşdirilib, E.Məmmədov orada ölüb. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza