DYP karantin rejimində 55 678 nəfəri cərimələyib

 DYP karantin rejimində 55 678 nəfəri cərimələyib
  18 May 2020    Oxunub:4221
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) lkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 15.05.2020-ci il saat 00:00-dan 18.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
BDYPİ-dən Azvision.az -a bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 15.05.2020-ci il saat 00:00-dan 18.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 720 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 55 678 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az


Teqlər: DYP  





Xəbər lenti