Moldova Prezidenti Azərbaycana təşəkkür etdi

  18 May 2020    Oxunub : 3440
 Moldova Prezidenti Azərbaycana təşəkkür etdi
"Hörmətli cənab Prezident, hörmətli dostumuz. Sizinlə heç olmasa belə rejimdə ünsiyyət qurmaq imkanına görə çox şadam. Əvvələn, Sizi ötən böyük bayram – Qələbə Günü münasibətilə təbrik etmək istərdim. Həmçinin pandemiyaya qarşı mübarizədə bizə kömək göstərmək barədə qəbul etdiyiniz qərara görə təşəkkürümü bildirmək istərdim".
Azvision.az xəbər verir ki, bunu Moldova Prezidenti İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında görüşdə deyib.

"Bir neçə gün bundan əvvəl, ötən həftə biz xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər. Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz. Ümidvaram ki, əməkdaşlığımızın bu və digər bəndləri barədə bu gün biz telekonfrans rejimində söhbət açacağıq", - deyə Moldova Prezidenti vurğulayıb.

Azvision.az

Teqlər: Moldova   Azərbaycan