Ölkədə koronavirusdan sağalanların sayı 2055-ə çatdı

 Ölkədə koronavirusdan sağalanların sayı 2055-ə çatdı
  18 May 2020    Oxunub:4089
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 3387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2055 nəfər müalicə olunaraq sağalıb, 40 nəfər vəfat edib, 1292 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 45 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: Azərbaycan   Koronavirus  





Xəbər lenti