Eldar Əzizov Bakı sakinlərinə xəbərdarlıq etdi

 Eldar Əzizov Bakı sakinlərinə xəbərdarlıq etdi
  18 May 2020    Oxunub:3746
Sakinlər özünütəcrid qaydalarına əməl etməsələr, sosial məsafə saxlamasalar, maskalardan istifadə olunmasa, biz özümüzü ikinci dalğadan sığortalaya bilmərik.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gündən istirahət zonaları açılacaq, çimərliklər də gələcəkdə fəaliyyətə başlayacaq.

"Lakin bu, o demək deyil ki, insanlar qaydalara əməl etməməlidir. Əks halda biz yayda, payız aylarında ikinci dalğa ilə qarşılaşa bilərik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Eldar-Əzizov  





Xəbər lenti