ÜST rəhbəri: “Pandemiya riski son dərəcə yüksəkdir”

  18 May 2020    Oxunub : 2688
 ÜST rəhbəri: “Pandemiya riski son dərəcə yüksəkdir”
Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a beynəlxalq reaksiyanı ən qısa müddətdə müstəqil şəkildə qiymətləndirəcək və pandemiyaya qarşı mübarizəni yaxşılaşdırmaq üçün tövsiyələr verəcək.
Azvision.az xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adanom Gebreyesus deyib.

"Tədbirlərimizin hərtərəfli olması üçün xoş niyyətə söykənərək vahid cəbhədə irəliləməliyik. Buna görə qazanılan təcrübəni və öyrənilənləri təhlil etmək, pandemiyaya qarşı milli və qlobal reaksiya tədbirlərinin yaxşılaşdırılmasına tövsiyələr vermək üçün ən qısa müddətdə müstəqil qiymətləndirmə aparacağam".

Onun sözlərinə görə, pandemiya riski son dərəcə yüksək olaraq qalır. Buna baxmayaraq, əhalini qorumaq üçün vahid və sadə resept yoxdur.

"Dünyada ÜST də daxil olmaqla mövcud maliyyə və təşkilati sistemlər gücləndirilməlidir. Bizdə çatışmayan cəhət kifayət qədər vəsait ayırmaq öhdəliyidir. Və bu dəyişməlidir".

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ÜST