TƏBİB rəsmisi: “Vəziyyət yenidən pisləşə bilər”

      TƏBİB rəsmisi:    “Vəziyyət yenidən pisləşə bilər”
  18 May 2020    Oxunub:4888
Karantin rejiminin yumşaldılması ilə bağlı yoluxma sayı artıb. Uzun müddət ciddi karantin rejimində yaşamaq da mümkün deyil.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 11-17 may tarixləri arasında 755 yoluxma olub və bu, bir həftə üçün böyük nəticədir.

"Biz karantin qaydalarını yumşaldırıq. Lakin tibbi olaraq bu gündən sonra nə baş verəcəyi insanlardan asılıdır. Xəstə sayı artarsa, onlara yetəri qədər xidmət göstərmək çətin olacaq. Modul tipli xəstəxanaların açılması ilə çarpayı sayı artıb, son avadanlıqlar gətirilib, maska problemimiz qalmayıb. Vətəndaşlar qaydalara əməl etməsə, vəziyyət yenidən pisləşə bilər".

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB  





Xəbər lenti