“Karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur” - AÇIQLAMA

 “Karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur” -    AÇIQLAMA
  18 May 2020    Oxunub:4595
Bugünkü yoluxma səviyyəsi idarə olunandır və karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, kritik vəziyyət olarsa, yenidən karantin rejimi sərtləşdirilə bilər: "Xaricdən gələnlər arasında bəzən 20, bəzən 30 faiz yoluxma olur. Ukraynadan gələn sonuncu 120 nəfərdən 29-da testlər pozitiv çıxıb. Bir təyyarədə gələn 29 nəfərdə pozitiv varsa, digərləri karantinə götürülür. Rusiyadan gələnlər arasında isə 20 faiz yoluxma aşkar edilib".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti