Məmmədyarov Mnatsakanyanla görüşə razılıq verdi

Məmmədyarov Mnatsakanyanla görüşə razılıq verdi
  18 May 2020    Oxunub:4320
Xarici İşlər naziri Elmar Məmmədyarov mayın 18-də ATƏT-in Minsk qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüş keçirib.
Bu barədə Azvision.az -a XİN-dən məlumat verilib. Bildirilib ki, görüşdə Fransa və ABŞ həmsədrlərinin köməkçiləri də iştirak ediblər.

Görüşdə tərəflər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini, eləcə də qarşıdan gələn aylarda, qlobal pandemiya sonrası atılacaq addımları müzakirə ediblər.

Tərəflər, pandemiya zəiflədikdən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünün keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi üzrə razılaşıblar.

Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti