Bu günü səbirsizliklə gözləyənlər - FOTOLAR

 Bu günü səbirsizliklə gözləyənlər -  FOTOLAR
  19 May 2020    Oxunub:11523
Bu gündən Azərbaycanda restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət bərpa edilib. Yeni qaydalara əsasən, müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək aparılmalıdır. İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə qadağası isə hələ də qüvvədə qalır.
Restoran, kafe, çay evlərində, o cümlədən bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Azvision.az bu gündən fəaliyyətə başlayan kafe və restoranlardan yeni görüntüləri təqdim edir:

































FOTO: Şahin Sərdarov
Azvision.az


Teqlər: Restoran   Kafe   Çayxana   Karantin  





Xəbər lenti