Türkiyədə koronavirusla bağlı son vəziyyət - STATİSTİKA

   Türkiyədə koronavirusla bağlı son vəziyyət -    STATİSTİKA
  19 May 2020    Oxunub:4375
Türkiyədə son sutka ərzində 31 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1158 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4171, yoluxanlar isə 150 min 593 nəfərə çatıb.

Türkiyədə indiyədək 111 min 577 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti