TƏBİB: Bu gün 3833 nəfər koronavirus testi verib

      TƏBİB:    Bu gün 3833 nəfər koronavirus testi verib
  19 May 2020    Oxunub:4519
Azərbaycanda koronavirusla bağlı 18 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 3833 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 235 min 910-a çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 56, süni tənəffüs cihazında olan xəstə sayı 17-dir.

Azərbaycanda indiyədək 3387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2055 nəfər müalicə olunaraq sağalıb, 40 nəfər vəfat edib, 1292 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 45 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.



Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti