Dünyada koronavirusdan ölənlərin sayı 320 mini keçdi

 Dünyada koronavirusdan ölənlərin sayı 320 mini keçdi
  19 May 2020    Oxunub:3361
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 894 min 278 nəfərə çatıb.

Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 320 min 188 nəfərdir. İndiyədək 1 milyon 908 min 111 nəfər xəstəlikdən sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Covid-19  





Xəbər lenti