Qazaxda qumbara, Ağstafada mərmi tapılıb

  19 May 2020    Oxunub : 2239
Qazaxda qumbara, Ağstafada mərmi tapılıb
Mayın 18-də saat 14:22-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Qazax rayonu, Bala Cəfərli kəndi ərazisində 1 ədəd əl qumbarasının və Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 1 ədəd 60 millimetrlik minaatan mərmisinin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin rayonlara göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş rayonların ərazisinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayonu, Bala Cəfərli kəndi ərazisindən 1 ədəd F-1 əl qumbarasına oxşar əşya, Ağstafa rayonu, Ağgöl kəndi ərazisindən isə 4 ədəd təlim məqsədli 60 millimetrlik minaatan mərmisi (40M13 İN) və 8 ədəd təlim məqsədli 30 millimetrlik silah qumbarası (VUS-17) aşkarlanın, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkarlanan əşyanın və təlim məqsədli mərmilərin ətrafında 450 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az

Teqlər: ANAMA