Milli Məclis generalın hesabatını qəbul etdi - YENİLƏNİB

 Milli Məclis generalın hesabatını qəbul etdi -  YENİLƏNİB
  19 May 2020    Oxunub:4637
Milli Məclisin bu gün keçirilən iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı təqdim olunub.

Azvision.az xəbər verir ki, hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib.
Milli Koordinatorun illik hesabatı deputatlar tərəfindən müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   General   Hesabat  





Xəbər lenti