Deputat köməkçiləri Bakıya gələ bilmədilər

Deputat köməkçiləri Bakıya gələ bilmədilər
  19 May 2020    Oxunub:2479
“Mayın 15-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə seçki dairələrini təmsil edən deputatların köməkçiləri ilə görüş keçirilib”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, karantin rejimi olduğundan bölgələrdən deputat köməkçilərini çağırmaq mümkün olmayıb: “Görüşdə köməkçilərin fəaliyyəti barədə fikir mübadiləsi aparıldı".

Spiker, həmçinin qeyd edib ki, bölgələrdən olan deputat köməkçiləri ilə videokonfrans keçiriləcək.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti