“Bəzi ermənilər bizimlə birlikdə yaşamaq istəyir” - İcma rəhbəri

  19 May 2020    Oxunub : 2647
 “Bəzi ermənilər bizimlə birlikdə yaşamaq istəyir” - İcma rəhbəri
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər sırasında Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri də vardır”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, təqdirəlayiq haldır ki, bəzi erməni sakinləri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına müraciət edərək bizimlə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun şəkildə biryerdə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər:

“Həmin ermənilərə müraciət edərək bildirirəm ki, onlar özləri kimi rasional düşünən digər erməni sakinləri öz ətraflarında birləşdirməli və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə birlikdə tezliklə Azərbaycan Respublikasının və Dağlıq Qarabağ bölgəsində birlikdə sülh şəraitində yaşamaq üçün hərəkətə keçməli, işğalçı Ermənistan qüvvələrini, işğalçı rejimin oradakı mövcudluğuna son qoymalıdırlar. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti son dövrlər qarşı tərəfdə qıcıq doğurur. Bu da təəccüblü deyil. Biz istər Ermənistan, istıərsə də işğalçı rejimin təxribatçı bəyanatlarının şahidi olmuşuq”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis