Aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

  19 May 2020    Oxunub : 2157
Aztəminatlı ailələrə bayram sovqatı paylanılıb
Beynəlxalq Ailə Günü münasibəti ilə regionlarda aztəminatlı ailələrə bayram sovqatı paylanılıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, qurum tərəfindən 15 may Beynəlxalq Ailə Günü münasibəti ilə həyata keçirilən silsilə tədbirlər davam etdirilir.

Avropa İttifaqı, BMT Uşaq Fondu (UNİCEF) və Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Komitə nəzdindəki Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin yerləşdiyi 11 regiondan olan 231 aztəminatlı ailəyə “Ailəm” və “ASAN könüllüləri” tərəfindən bayram sovqatı paylanılaraq, uşaqlara bayram sevinci yaşadılıb.





Azvision.az

Teqlər: Bayram   Sovqat