Sosial yardımın təyin olunması ilə bağlı dəyişiklik

Sosial yardımın təyin olunması ilə bağlı dəyişiklik
  19 May 2020    Oxunub:3526
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, qanunun 9-cu maddəsində ( Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər) 9.0.1-ci bəndində "qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində" sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində" sözləri ilə əvəz edilir.

Dəyişikliklə sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayan şəxslər nəzərə alınmayacaq.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti