Bakıda sərnişinlərə tibbi maska paylanılır - FOTO

Bakıda sərnişinlərə tibbi maska paylanılır -  FOTO
  19 May 2020    Oxunub:2877
İctimai nəqliyyatdan istifadə edən vətəndaşların sanitar-gigiyenik maarifləndirilməsi davam etdirilir. Bu çərçivədə Bakı Nəqliyyat Agentliyi (BNA) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə aksiyaya başlayıb.
BNA-dan Azvision.az -a verilən məlumata görə, koronavirus infeksiyasına qarşı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək xarakteri daşıyan aksiya zamanı nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, dayanacaqlarda və avtobuslarda vətəndaşlara tibbi maskalar paylanılır.

Nəqliyyat könüllüləri tibbi maskalarla yanaşı, vətəndaşlara İctimai nəqliyyatda və alış-veriş mərkəzlərində TƏBİB tərəfindən hazırlanmış koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair qaydalar, eləcə də parça maskaların hazırlanmasına dair təlimatla bağlı broşürlər paylayıblar.



Sərnişinlərə COVID-19 infeksiyasının proflaktikasına dair tövsiyələrin, o cümlədən maska taxılmasının, sosial məsafənin qorunmasının və sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi izah olunub.

İctimai nəqliyyatda maska paylanılması qarşıdakı günlərdə də davam etdiriləcək. Nəqliyyat könüllüləri hər gün səhər və axşam pik saatlarında daha sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaq.





Azvision.az


Teqlər: BNA   TƏBİB   Maska  





Xəbər lenti