Ən çox təxliyə edilən vətəndaşlarımız Rusiyadan gəlib

 Ən çox təxliyə edilən vətəndaşlarımız Rusiyadan gəlib
  19 May 2020    Oxunub:5409
"Karantində saxlanılanların sayı xaricdən gələnlərin sayı ilə birbaşa əlaqəlidir. Çünki xaricdən təxliyə edilən vətəndaşları biz iki həftə karantində saxlayırıq".
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Nizami rayonunda yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

"Deməliyəm ki, 20 mindən çox Azərbaycan vətəndaşı mütəşəkkil qaydada xaricdən təxliyə edilib. Biz bu işləri kortəbii görə bilmərik. Mütəşəkkil qaydada, qrafik üzrə, ölkələr üzrə bölgü aparılıb: hansı ölkədən nə vaxt, nə qədər Azərbaycan vətəndaşı gələcək. Bu işlər bu qaydada davam etdiriləcək", - deyən dövlət başçısı qeyd edib ki, ən çox təxliyə edilən vətəndaşlarımız Rusiyadan gəlib:

"Bu günə qədər Rusiyadan 6 500 Azərbaycan vətəndaşı gəlib və bu proses davam etdirilir, ancaq dediyim kimi, mütəşəkkil qaydada. Hər kəs öz adını qeydiyyata salmalıdır, xüsusi portal da - “Evə gedirəm” mövcuddur. Ona görə təxliyə işləri də mütəşəkkil qaydada aparılacaq".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti