Türkiyədə koronavirusa yoluxma və ölüm sayı azalır

  19 May 2020    Oxunub : 2785
 Türkiyədə koronavirusa yoluxma və ölüm sayı azalır
Türkiyədə son sutka ərzində 28 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1022 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4199, yoluxanlar isə 151 min 615 nəfərə çatıb. Türkiyədə indiyədək 112 min 895 xəstə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, son günlər Türkiyədə koronavirusa yoluxma və ölüm sayında azalma müşahidə edilir.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus