TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
  20 May 2020    Oxunub:4078
Azərbaycanda koronavirusla bağlı 19 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 4310 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 240 220-yə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 56, süni tənəffüs cihazında olan xəstə sayı 12-dir.

Azərbaycanda indiyədək 3518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2198 nəfər müalicə olunaraq sağalıb, 41 nəfər vəfat edib, 1279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az



Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti