188 Azərbaycan vətəndaşı Berlindən Bakıya gətirildi

  188 Azərbaycan vətəndaşı Berlindən Bakıya gətirildi
  20 May 2020    Oxunub:9411
Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 19 may tarixində Berlindən Bakıya çarter reysi yerinə yetirilib.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, həmin reyslə 188 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.





Azvision.az


Teqlər: AZAL  





Xəbər lenti